|
İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 27-yə çatıb
İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 27 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 25  nəfərin öldüyü bildirilirdi. Məlumata görə, xilasedicilər qarın altından daha 2 nəfərin meyitini çıxarıblar. Beləliklə, hazırda 2 nəfər itkin düşmüş hesab edilir.
Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib. Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.
cia.az