|
Meksikalı kişi Trampa görə qonşusunun qulağını qopardı
ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhər sakini qonşusu ilə Tramp mövzusunda mübahisə edərkən onun qulağını dişləyib. 
Bu barədə CBS Pittsburgh saytı xəbər verir. Kişi bu ölkəyə Meksikadan gəlib və yeni prezidentinin onu öz ölkəsinə geri qaytaracağından qorxub. Sərxoş vəziyyətdə ikən o, tez-tez deyirmiş ki, onu ölkədən çıxarmaq istəyərlərsə, daha çox insanı öldürməyə çalışacaq. Meksikanla eyni mənzildə yaşayan 30 yaşlı Marko Ortiz isə onunla mübahisə edib. Nəticədə meksikalı onun üstünə hücum edib və qulağını dişləyib. O da yanacaqdoldurma məntəqəsinə qədər qaçıb və yardım çağırıb. 
 
Polis gələnə qədər şübhəli şəxs artıq qaçıb və gizlənib. Ortizi xəstəxanaya çatdırıblar, onun durumu stabildir. Dişlənib yerə atılmış qulaq isə meksikalının mənzilində tapılıb. 
 
Seçki kampaniyası dövründə Tramp bir neçə dəfə ABŞ-da qeyri-leqal yaşayan 11 milyon nəfəri deportasiya etməyə hazırlaşdığını deyib. O, eyni zamanda Meksika ilə sərhəddə divar hörməyi planlaşdırdığını da bildirib. 
cia.az