|
Beyons Cey Ziyə sonuncu dəfə "Hə" dedi

Müğənni Beyonsun həyat yoldaşı, repçi və prodüser Cey Zi ilə aralarında olan münasibətlər yenidən gündəmə gəlib.

9 illik evli olan cütlüyün bu yaxınlarda boşanmaq haqqında qərar verdikləri iddia olunurdu. Ərinin tez-tez xəyanət etməsindən təngə gələn Beyonsun hətta ondan ayrı bir evdə yaşadığı bildirilirdi.
Lakin bu gün qərb mətbuatı müğənninin həyat yoldaşına sonuncu dəfə şans verdiyi və cütlüyün birlikdə yaşamaq üçün yeni bir ev axtardığı barədə məlumat yayıb.
Beyons artıq dəyəri 200 milyon dollara olan bir evi bəyənib və hazırda onu almaq barədə düşünür.

Qeyd edək ki, cütlüyün Blu Ayvi adlı bir qızları var.

CİA.az