|
“The Weeknd” ilə münasibət Selenaya zərbə vura bilər

Müğənni Selena Qomezin repçi “The Weeknd” (əsl adı Abel Makkonen Tesfey) ilə sevgili olması təkcə Castin Biber və Bella Hadidi deyil, ifaçının yaxınlarını da narahat edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 25 yaşlı müğənninin yaxınları onun yenidən narkotik aludəçisi olacağından qorxurlar. Belə ki, onlar Abelin uzun illərdir narkotikdən istifadə etdiyini bildiriblər. 

Selenaya yaxın mənbənin sözlərinə görə, ifaçı ötən ilin payızında içki və narkotik aludəçisi olduğu üçün müalicə kursu keçib. Lakin bunu Lupus erythematosus, yəni qırmızı qurd eşənəyi xəstəliyi kimi qələmə verib. 

Mənbə onu da əlavə edib ki, Qomez heç kimin sözünə qulas asmır və “The Weeknd”dən ayrılmaq fikri yoxdur. 

Cia.az