Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Trend-ə Agentliyin əməliyyatlar üzrə baş mütəxəsisi Adil Aslanov deyib.
A.Aslanov bildirib ki, həmin ərazi işğal altında olmuş ərazidir və o ərazilərdə çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var:
“Bununla bağlı ANAMA tərəfindən həmin ərazilərdə təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq planlaşdırma işləri aparmaq, kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Həmin ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik. Mən bu işlərlə bağlı növbəti həftə həmin əraziyə səfər edəcəyəm”
Cia.az
