|
Ehsan Zahidov: "Mən yeni vəzifəyə təyinat almamışam"

“Mən yeni vəzifəyə təyinat almamışam”. Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, mətbuat xidmətinin rəisi Sadiq Gözəlov son yaş həddini tamamlaması ilə əlaqədar təqaüdə göndərilib:

“Onun vəzifəsinin icrası da müvəqqəti olaraq mənə tapşırılıb. Amma heç bir yeni təyinat olmayıb”.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Cia.az