|
Bayrağı yandıranlar biri tutuldu

İŞİD-in Kobaniyə hücumuna etiraz aksiyası zamanı Türkiyə bayrağını yandıranlar saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bayrağı yandıranlardan biri çərşənbə günü evində saxlamnılaraq nəzarətə alınıb.

Bayrağı yandıranlardan digərinin tutulması üçün axtarışlar davam edir.

Xatırladaq ki, oktyabrın 7-də Bayazit Litseyinin bağçasında dalğalanan Türkiyə bayrağını dirəkdən endirən iki adam sonradan onu yandırmışdı.