|
Poroşenko Helsinkidə rusiyalı jurnalistlərlə danışmaqdan imtina edib
Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
 
APA-nın “NewsOne” telekanalına istinadən verdiyi xəbərə görə, Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini bildirib.   
 
“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, - deyə Poroşenko qeyd edib.   
 
Bu sözlərin hansı jurnalistə ünvanlandığı barədə məlumat verilmir.
cia.az