|
PKK 4 rayonda bombardman edildi

Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələr İraqın şimalında PKK terror təşkilatına aid 12 hədəfi bombalayıb. 

 
Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin Baş Qərargahından məlumat verilib. Bildirilib ki, kəşfiyyat məlumatı əsasında havaya qalxan Türkiyə təyyarələri Avaşin-Basyan, Qara, Zap, Hakurk bölgələrindəki PKK-ya aid sığınacaq, mağara, silah anbarlarını bombalayıb. 
 
Verilən açıqlamada həmçinin qeyd edilir ki, əməliyyat 2 saat davam edib, 4 rayonda 12 PKK hədəfi məhv edilib.