Suriyanın Haseke mahalında ABŞ-ın aviabaza yaratması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu açıqlamanı Pentaqon sözçülərindən biri Adrian J.T. Rankin-Qallovey verib. “Pentaqon İŞİD-ə qarşı mübarizədə Suriyadakı müttəfiqlərinə təlim keçməyə, silah-sursatla təmin etməyə davam edir. Terror qruplaşmaları istənilən istiqamətdən eyni anda sıxışdırılır”, - Rankin-Qallovey bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl yayılan məlumatlarda ABŞ-ın Suriya-Türkiyə sərhədində aviabaza inşa etdiyi bildirilmişdi. Qeyd olunurdu ki, bu baza İncirliyə alternativ olaraq yaradılır.
Cia.az
