İraq ordusu və peşmərgə qüvvələri mülki itkilərinin qarşısını almaq üçün olduqca peşəkar davrandı.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Mosul əməliyyatları ilə bağlı məlumatında deyilib. Dəcla çayının sahilləri və üzərindəki 5 körpü də daxil olmaqla şəhərin şərq hissəsinin İŞİD-çilərdən tamamən azad edildiyi bildirilib.
ABŞ generalı Stefean Tovnsend isə açıqlamasında Mosulun şərq məhəllələrinin terrorçulardan azad edilməsini İraq xalqı, ordusu və hökuməti üçün böyük uğur adlandırıb.
Cia.az
