|
Kasulidis: “Qarabağla bağlı irəliləyiş olacaq”
Kiprin Xarici İşlər naziri İoannis Kasulidis bu il Avropa Şurası ərazisindəki münaqişələrin həllində irəliləyişlərin olacağına ümid etdiyini deyib.
 
Trend-in məlumatına görə, İ.Kasulidis AŞPA-nın qış sessiyasında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin, Ukrayna, Moldova və Gürcüstandakı böhranların həllinə ümidvar olduğunu ifadə edib.
 
Qeyd edək ki, Kipr Avropa İttifaqının Nazirlər Komitəsində sədrliyi qəbul edib.
Cia.az