|
Makkeyn ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarını “fəlakət” adlandırıb
Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Aamerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu respublikaçı-senator Con Makkeyn bildirib. Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.
 
“Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”, - deyə Makkeyn qeyd edib. Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz  Asiya-Sakit Okean bölgəsində cəmləşib.
 
“ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq”, - deyə Makkeyn qeyd edib. 
Cia.az