|
Senat komitəsi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Nikki Heylini təyin edib
ABŞ  Senatının xarici işlər komitəsi BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Nikki Heylinin namizədliyini təsdiqləyib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikki Heylinin prezident  Tramp tərəfindən irəli sürülən namizədliyi yekdilliklə dəstəklənib. Nikki Heylinin namizədliyi növbəti mərhələdə Senat tərəfindən dəstəklənməlidir.   
 
Nikki Heyli 2011-ci ildən Cənubi Karolina ştatının qubernatoru vəzifəsində çalışıb.
Cia.az