|
Pentaqondan açıqlama: Türkiyənin Əl Babı almasını istəyirik

Pentaqon sözçüsü Ceff Davis açıqlama verərək Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəklədiklərini bildirib. 

 
Musavat.com-un məlumatına görə, Pentaqon sözçüsü Türkiyənin Əl Babı İŞİD-dən almasını istədiklərini deyib: “Türkiyə Suriyanın şimalında əməliyyatlara başladığı gündən onlara havadan dəstək veririk. Türk Ordusunun Əl Babı İŞİD-dən almasını istəyirik. Bunun üçün Türkiyə hökuməti və Türk Ordusundakı həmkarlarımızla danışıqlarımız davam edir”. 
 
Ceff Davis Türkiyənin İŞİD-lə mübarizəsini təqdir etdiklərini bildirib. 
cia.az