|
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var - Yenilənib
ABŞ-ın Tuson şəhərində (Arizona ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
 
APA-nın xəbərinə görə, bu barədə Fox News telekanalı məlumat verib. Məlumata əsasən, qəza nəticəsində azı 1 nəfər ölüb. İnsidentin Tuson beynəlxalq hava limanında qeydə alındığı bildirilir. Yerə çırpılandan sonra təyyarə yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

Qəzanın səbəbləri hələ ki, məlum deyil.

***

ABŞ-ın Arizona ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
 
APA-nın xəbərinə görə, bu barədə Fox News telekanalı məlumat verib.
 
İnsident Tuson şəhərinin beynəlxalq hava limanında baş verib. Havaya qalxdıqdan sonra dərhal  yerə çırpılan təyyarə yanıb.
 
Qəzanın səbəbləri araşdırılır. 
 cia.az