Rusiya Prezidenti Vladimir Putinin Suriyada birgə cəbhə yaratmaq barədə təklifi hələ də qüvvəsindədir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. Putinin yarım il əvvəl BMT-nin Baş Məclisində beynəlxalq terrorizmlə mübarizə üçün birgə cəbhə qurmaq çağırışı etdiyini xatırladan Lavrov deyib:
"Rusiyanın bu təşəbbüsü qüvvəsindədir. Donald Tramp rəhbərliyinin terrorizmlə mübarizə sahəsində formula edəcəyi əsas mövqeləri də nəzərə almağa hazırıq. Rusiya və ABŞ-ın terrorla mübarizədə əməkdaşlıq etmək üçün konseptual və real əsası var".
cia.az
