Çinin Uxan şəhərinin mərkəzində 10 saniyəyə 19 binanı partladıblar.
Hadisə 21 yanvarda, saat 11.50-də baş verib. Nəticədə yaşayış binaları yerlə-yeksan olub. Onların yerində müasir işgüzar kvartal inşa ediləcək. Orada hündürlüyü 700 metr olacaq binanın tikintisi də nəzərdə tutulub. Hadisə Çin mediasında geniş səs-küy doğurub.
Partlayışdan öncə ətraf binalarda yaşayan insanlara bu barədə xəbərdarlıq edilsə də, uşaqların qorxması və səs-küyün iri masştabı əhatə etməsi narazılıq doğurub. c
cia.az
