|
"Səbail" Almaniya klubu ilə heç-heçə etdi

Azərbaycan birinci divizion təmsilçisi "Səbail" bu gün Antalyada ikinci yoldaşlıq görüşünü keçirib.
Qol.az-ın məlumatına görə, komanda Almaniyanın aşağı divizion təmsilçisi "Ayntraxt Northeim" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Səbail" ilk yoxlama oyununda  Qazaxıstan "Kyran"ına 2:4 hesabı ilə uduzub.

Cia.az