|
İŞİD Sinayda hücuma keçdi: ölənlər var
Misirin Sinay yarımadasında terrorçular polis əməkdaşlarına hücum edib.
 
Axar.az xəbər verir ki, silahlı qarşıdurmada 5 polis əməkdaşı öldürülüb.
 
İlkin ehtimala görə, hücumu İŞİD-in Ənsar Beyt əl-Makdis adlı silahlı qanadı törədib.
 
Xatırladaq ki, yanvarın 9-da Ariş şəhərində nəzarət-keçid məntəqəsində mina quraşdırılmış avtomobil partladılmışdı. Hadisə nəticəsində 9 polis əməkdaşı ölmüşdü.
Cia.az