|
Bakıda Əlcəzairin səfirliyi açılır

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi təsis edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Abbes Benmoussat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində qəbul edilib.