|
Türkiyədə ağır yol qəzası: 3 ölü, 7 yaralı

Türkiyənin Qaziantep şəhərində Qaziantep - Nizip yolunda iki minik avtomobili toqquşub.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Cia.az