|
Meksikada başı kəsilmiş 7 nəfərin meyiti tapılıb
Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlərin qaçırılmış taksidə aşkar edildiyi bildirilir. Ötən həftə Çilpansinqo şəhərində avtomobildə başı kəsilmiş 6 nəfərin meyiti tapılıb.
 
İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.
cia.az