|
Avstriyada qar uçqunu baş verib, ölənlər var
Bu gün Avstriyanın Alp dağlarında  baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib. Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub.
 
Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.
Cia.az