|
Fransada sosialistlər prezidentliyə namizədlərini müəyyənləşdirirlər
Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilər keçirib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin seçkilərin birinci turunda sabiq təhsil naziri Benua Amon və eks-baş nazir Manuel Vals liderlik edir. İlkin nəticələrə əsasən, B.Amon 35,21%, M.Vals isə 31,56 səs toplayıb. Seçkilərdə ümümilikdə 7 namizəd iştirak edib.  İkinci tur yanvarın 29-da keçiriləcək.
 
Qeyd edək ki, seçkilər nəticəsində müəyyənləşdirəcək  namizəd 2017-ci ildə keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.
cia.az