10 gün əvvəl mədə və qarın sancısı şikayətləri ilə xəstəxanaya aparılan şəxsin mədəsindən çıxanlar həkimləri şoka salıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib. Məlumata görə, daun sendromlu 23 yaşlı Ali Güvən adlı gəncin mədəsindən 6 mismar, 4 çəngəl çıxarılıb. Əməliyyatın iki saat davam etdiyi bildirilib. Müdaxilə zamanı yemək borusu və mədənin üst bölümü təmizlənib.
Həkim Murat İnan A.Güvənin mismarları 3 ay əvvə udduğunu bildirib. O, daun sendromlu uşaqların ailələrinə səslənərək, bu mövzuda diqqərli olmağa çağırıb.
cia.az
