Pekində daimi yaşayan və paytaxda qeydiyyatda olan əhalinin sayı 2016-cı ilin sonunda 21.7 milyon nəfər təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Pekin statistika bürosuna istinadən məlumat yayıb. Ötən il Pekində qeydiyyatda olan əhali 18.8 milyon nəfər olub. Əmək qabiliyyətli - 15 yaşından 59 yaşına qədər əhali Pekinin ümumi əhalisinin 73.7 faizini təşkil edir. 14 yaşından kiçik olanlar əhalinin 10.3, 60 yaşından böyük olanlar isə əhalinin 16 faizini təşkil edir.
Pekin hökuməti 2020-ci ildə şəhər əhalisinin sayını 23 milyon səviyyəsində saxlamaq istəyir
cia.az
