Mosulun şərqi İŞİD-dən təmizləndikdən sonra bəzi məhəllələrdə yenidən məktəblər açılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhsil nazirliyi bu barədə məlumat yayıb. Nazirlik İraqın ikinci böyük şəhəri olan Mosulda 70 məktəbin yenidən fəaliyyətə başladığını qeyd edib.
Bildirilir ki, terrorçular məktəbləri bağlayaraq, xəstəxana, depo və təlim bazası kimi işlədirdi. Müraciətdə bəzi ailələrin İŞİD tərəfindən açılan dini məktəblərə uşaqlarını göndərmək istəmədiyi qeyd edilib.
cia.az
