|
Obama Kaliforniyadakı rezidensiyasına gedə bilmədi

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın ailəsi ilə birgə olduğu təyyarə hava şəraitinin əlverişsiz olması səbəbindən Kaliforniyanın Palm Sprinqs hava limanına qədər uça bilməyib.

Obamanı qarşılamaq üçün toplaşanlar buna görə evlərinə dağılışmalı olublar.

İlkin məumata görə, hava gəmisi 40 dəqiqə Palm Springsin üzərində dairə vurduqdan sonra Març ehtiyat hava limanına yollanıb.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-ın 44-cü prezidenti ailəsi ilə birlikdə Vaşinüqtonu tərk edərək Kaliforniyaya yollanıb.

Qeyd edilir ki, Obama sonuncu dəfə prezidentin avisasiya dəstəsindəki hava gəmisindən istifadə edir.

Cia.az