|
Çilidə təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var
Çilinin mərkəzi bölgəsində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Araukanya vilayətində qeydə alınıb. İnsident nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
 
Təyyarənin naməlum səbəbdən meşəlik əraziyə düşdüyü bildirilir. 
Cia.az