|
Qazaxıstan-Çin sərhədində zəlzələ baş verib
Qazaxıstan-Çin sərhədində 4,2 bal gücündə zəlzələ baş verib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Çinin Sintzyan-Uyğur Muxtar Rayonunda, Karamay şəhərindən 175 km şimal-qərbdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Cia.az