|
ABŞ-da müalicə müəssisəsini qarət etmək istəyən erməni güllələnərək öldürülüb
ABŞ-ın Los-Anceles şəhərində müalicə məqsədi ilə marixuana verilən yeri qarət edərkən, Ovik Ohanesyan adlı 50 yaşlı erməni güllələnərək öldürülüb.
 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Los-Anceles polisi yayıb.
 
Şahidlər bildirib ki, başları örtülü bir qadın və kişi marixuana verilən binaya girəndən sonra oradan atışma səsləri eşidilib. 
Cia.az