Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası yanvarın 20-də, “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Yanvarın 21-də gündüz uşaqlar üçün Ş.Perronun “Çəkməli pişik”, axşam İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşaları göstəriləcək. Yanvarın 22-də gündüz A.Şaiqin “Tıq-tıq xanım”, axşam isə böyüklər üçün Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası nümayiş etdiriləcək.
Tamaşaların biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
