|
19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə son oyununa çıxacaq.
Qol.az-ın məlumatına görə, yığmamız IX yer uğrunda görüşdə Belarusla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir 9-cu yer uğrunda oyun 20 yanvar 20:00 Belarus - Azərbaycan |
