|
Sabirabadda 6 otaqlı ev yanıb

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az