|
Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair razılıq əldə olunub
Rusiya və İran arasında nüvə energetikası sahəsində  əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosatom”  dövlət korporasiyasından  bildirilib.
Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.
Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.
Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.  
Cia.az