|
“Quantanamo”da məhbusların sayı 41 nəfərə qədər azalıb

"Quantanamo" həbsxanasındakı məhbusların sayı 41 nəfərə qədər azalıb. 

 
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Ağ Ev məlumat verib. Çərşənbə axşamı ABŞ-ın Müdafiə Nazirliyi 10 məhbusun Quantanamo türməsindən Oman hökumətinə təhvil verilməsini təsdiq edib və həbsxanada 45 nəfərin qaldığı məlumat verilib. "Bu gün, yanvarın 19-da dustaqların sayı 41 nəfər təşkil edir", - deyə Ağ Evin yaydığı məlumatda bildirilir. 
 
Qeyd olunur ki, Obama administrasiyasının on illik hakimiyyəti dövründə türmədən 196 nəfər köçürülüb. Son məlumatlara görə, 41 dustaqdan 5 nəfərin də köçürülməsi təsdiq edilib. Digərləri ilə bağlı xüsusi komissiya tərəfindən qiymətləndirmə davam etdirilir.
Cia.az