|
Məktəb avtobusu aşdı:

Tailandın cənubunda Surat Thani vilayətində məktəb avtobusu aşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 17 yaşlı yuxarı sinif şagirdi ölüb, təqribən 30 məktəbli xəsarət alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Polis sürücünü avtobusu ehtiyatsız idarə etməkdə ittiham edir.

cia.az