|
Hindistanda məktəb avtobusu qəza törətdi - 18 ölü, 40 yaralı

Hindistanda məktəbliləri aparan avtobusun yük maşını ilə toqquşması nəticəsində 18 şagird ölüb, 40 nəfər xəsarət alıb.

Trend-in "Times Of India"ya istinadən verdiyi məlumata görə, hadisə Uttar-Pradeş ştatında baş verib. Avtobusu şagirdləri məktəbə apararkən kartof daşıyan yük maşını ilə toqquşub.

Qəzanın səbəbləri araşdırılır.

Cia.az