|
Obama həyat yoldaşı ilə Trampın andiçmə mərasimində iştirak edəcək

ABŞ prezidenti Barak Obama ölkənin seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək. 

 
"Report" xəbər verir ki, bunu o, ABŞ prezidenti qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib. "Andiçməyə gəldikdə isə mən və həyat yoldaşım Mişel orada olacağıq", - deyə Obama bildirib. 
 
Lakin Barak Obama konqresmenlərin Trampın andiçmə mərasimini boykot etməsinə münasibət bildirməyib.
Cia.az