|
ABŞ-da onlarla yəhudi mədəniyyət mərkəzlərinə bomba qoyulması barədə məlumat daxil olub
ABŞ-da 28 yəhudi mədəniyyət mərkəzində partlayıcıların quraşdırılması barədə  anonim məlumat daxil olub.
 
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, ümumilikdə 17 ştatın mədəniyyət mərkəzlərinin əməkdaşları dərhal  təxliyə olunub. Aparılan yoxlamalardan sonra məlumatın yalan olduğu üzə çıxıb.
 
Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-ın 5 ştatında yəhudi mədəniyyət mərkəzlərində bomba barədə anonim xəbərdarlıqlar edilib, faktlar təsdiqini tapmayıb.
cia.az