|
Rusiyalı dirijor Bakıda çıxış edəcək

Fevralın 3-də Rusiyanın Xalq Artisti, dünya şöhrətli dirijor Valeri Xlebnikovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək.

Konsertin solistləri Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Artisti Svetlana Qabuyeva (mezzo-soprano) və Azərbaycanın Əməkdar Artisti Fəridə Məmmədova (soprano) olacaq.

Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

Cia.az