|
ATƏT sədri: "Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər"
"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts "Sputnik"ə müsahibəsində bildirib. 
 
"Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər", - deyə S. Kuts vurğulayıb.
 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ və Dnestryanı münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq. 
Cia.az