|
Ağ Ev: Obama Putinin bacarıqlı və işgüzar adam olduğunu hesab edir
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin bacarıqlı insan olduğunu hesab edir.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
 
“Prezident Putinlə şəxsi təmaslarından danışarkən, onun kifayət qədər bacarıqlı və işgüzar insan olduğunu qeyd edib”, - deyə Ernest bildirib.  
Cia.az