Türkiyədə “Reina” gecə klubuna girərək 39 nəfəri öldürən terrorçu haqda yeni məlumatlar üzə çıxıb.
Musavat.com-un məlumatına görə, Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov İstanbulu tərk etməyə hazırlaşırmış. Bu barədə Milliyet.com müxbiri Tolqa Şardan məlumat verib. Müxbir yüksək vəzifəli polis məmuru ilə görüşüb məlumat aldığını bildirib.
Tolqa Şardan yazır: “”Reina” qətliamından sonra qaçan terrorçunu tutmaq üçün 2 min polis səfərbər olaraq axtarışlara başlayıblar. Polislər 7 min 200 saatlıq kamera görüntülərini izləyiblər və Maşaripovun hadisədən sonra mindiyi taksi barədə araşdırmalar aparıblar. Bəzi ev və kafelər isə bir-bir yoxlanılıb. Zeytinburnu, Beşiktaş səmtində orta asiyalıların qaldığı evlər 24 saat müddətində polis nəzarətinə götürülüb, şübhəli görünənlər izlənilib. Bu təkiblərin nəticəsində Maşaripovun qala biləcəyi evlərin sayı 5-ə enib. Keçən həftə arvadı və uşağı tutulanda isə terrorçu izini bəlli etməyə başlayıb. O, Sefaköydə qaldığı evi tərk edərək Esenyurda gəlib. Esenyurddakı ev bundan sonra 5 gün müddətində izlənilib. Kəşfiyyat dairələri isə evdəki vəziyyəti aydınlaşdıraraq silah olmadığı qənaətinə gəlib”.
Qeyd edək ki, terrorçunun yaxalandığı ev İŞİD terror təşkilatına aid olub və müxtəlif ölkələrdən gələrək təşkilata qoşulmaq istəyənlər bu evlərdə saxlanılaraq Suriyaya ötürülüb. Maşaripovun da bu evdən ayrılmaq, həmçinin İstanbulu tərk etmək istədiyi məlum olub və o, bunun üçün kuryerdən də kömək istəyib.
Maşaripovun İstanbuldakı görüşlərini təşkil edən şəxsın isə hələ də polis nəzarətində olan İlyas Mamaşaripov olduğu üzə çıxıb. İlyas Mamaşaripav “Yusuf” kod adı ilə tanınırmış. Onun Konyadan gələn “Reina” qətliamçısını İstanbulda qarşıladığı da məlum olub.
Cia.az
