|
Meksikada silahlılar polisə və prokurorluğa hücum edib: ölən və yaralananlar var

Meksikada bir qrup silahlı polis bölməsinə və prokurorluq binasına hücum edib. 

"Report" xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Kankun şəhərində baş verib. Hücum zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı öldürülüb, həmçinin 3 polis əməkdaşı xəsarət alıb. 
 
Hazırda şəhərdə cinayətkarların tapılması məqsədilə xüsisi əməliyyat keçirilir. 
Cia.az