ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə Missisipi ştatındakı hərbi bazada baş verib. Məlumata görə, hadisə ştatın qərb hissəsində qeydə alınıb. Hadisə zamanı "T-45C Goshawk" təyyarəsinin göyərtəsində təlimatçı pilot və onun tələbəsi olub. Onlar qəza zamanı katapulta (qəza zamanı pilotu təyyarədən tullamaq üçün mexanizm - red) edə biliblər.
Təlimatçı pilot və onun tələbəsi xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri sabitdir. Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.
Cia.az
