Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərində turistləri gəzdirən hava şarının qəzaya uğraması nəticəsində altısı turist olmaqla 7 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" məlumat yayıb. Zərər çəkən turistlər Asiya və Avropa ölkələri vətəndaşları olublar. İnsident BƏƏ-nin Şarqa səhrasında baş verib. Hadisəyə güclü külək və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.
Cia.az
