|
İran naməlum PUA-nı məhv etdi
İranın Havadan Müdafiə Sistemi paytaxt Tehran şəhərinin yaxınlığında mülki PUA-nı zərərsizləşdirib.
 
Axar.az “Röyter”ə istinadən xəbər verir ki, bu barədə Tehranın qubernatoru İsa Fərhadi məlumat verib. “Bu, hərbi PUA deyildi. Obyekt uçuşa qadağan olunan zonaya daxil olub. Biz onun kimə məxsus olduğunu bilmirik”, - Fərhadi bildirib.
 
Qeyd edək ki, ötən ilin dekabrında da bənzər olay baş vermişdi. Televiziyalardan birinə məxsus uçuş aparatı məhv edilmişdi.
cia.az