“Türk axını” qaz kəməri layihəsi ilə bağlı razılaşmanın təsdiqlənməsi üçün yanvarın 20-də Dumada müzakirələr başlayacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib. O, vurğulayıb ki, sözügedən tarixdə layihənin detalları araşdırılacaq.
Qeyd edək ki, 2016-cı ilin 10 oktyabrında Rusiya və Türkiyə hökumətləri arasında “Türk Axını” layihəsi imzalanmışdı.
Həmin layihə 2 dekabrda TBMM, 6 dekabrda isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmişdi.
Cia.az
